Məşhur ektrasens axtarışa verildi

media-hightechnic-468x90

6a552d75-d3c3-4ee6-aab0-4e475905162e_292Bakıda məşhur ekstrasens dələduzluq etdiyinə görə axtarışa verilib.

Yenicag.az report-a istinadən xəbər verir ki, ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Onunla bağlı artıq iki nəfər zərərçəkən qismində Səbail Rayon Polis İdarəsinə şikayət edib.
T.Salamova istintaqdan yayınaraq ifadə verməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib.
Qeyd edək ki, T.Salamova “Lider” TV-də yayımlanan “Ekstra Hiss” yarışmasının qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600