Məşhur italyan gözəli vəfat etdi
Dünyaca məşhur italyan aktrisa Laura Antonelli 73 yaşında infarktdan dünyasını dəyişib.
Karyera illəri 1960-1991-ci illərə təsadüf edən aktrisa əksəriyyəti erotik olmaqla 40-dan çox filmdə rol alıb. 1974-cü ildə “Malizia” adlı filmdəki roluna görə “İtaliyanın milli film jurnalistləri sindikatı” mükafatına layiq görülüb.