Məşhur rejissor vəfat etdi – FOTO

Dünyaca məşhur ispan rejissor Mario Kamyu 86 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə İspaniya Kino Sənətləri və Elmləri Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Kamyu 1983-cü ildə Berlin Film Festivalında Qızıl Ayı (“La Colmena”) mükafatını, 1984-cü ildə isə “Müqəddəs məsumlar” (“Los Santos Inocentes”) filmi ilə Kaan Film Festivalında xüsusi münsif mükafatını, 2011-ci ildə isə “Goya” mükafatını qazanıb.