Rus rokunun əfsanəsinin oğlu və qayınanası vəhşicəsinə qətlə yetirilib.
Yenicag.az xəbər verir ki,bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində “Qorki parkı” və “Güllər” qruplarının yaradıcısı Stas Naminin oğlu və qayınanası öldürülüb.
Məlumata görə, rejissor Artyom Mikoyan və onun nənəsi Polina Tkaçenko yaşadıqları bağ evində çoxsaylı bıçaq xəsarətləri ilə aşkar ediliblər.
Musiqiçinin 85 yaşlı qayınanası və onun 35 yaşlı oğlu ötən gecə İstra rayonunun Kryukovo kəndindəki kottecdə bıçaqlanaraq öldürülüb. Ancaq müstəntiqlər heç bir müqavimət əlaməti tapmayıblar, evdə hər şey yerində olub.
Qatil isti izlərlə axtarılaraq yaxalanıb.
Qadın sinəsindən bıçaqla öldürülüb, oğlunun bütün bədənində bıçaq xəsarətləri var.
Hazırda şübhəli şəxs dindirilir. Mənbənin sözlərinə görə, qatil öldürülən 35 yaşlı Artyom Mikoyanın ögey qardaşıdır.
Moskva vilayəti üzrə İstintaq Komitəsinin müstəntiqləri axtarışlar aparır.
Qeyd edək ki, Stas Namin erməni əsillidir, əsl adı Anastas Mikoyandır.
Xuraman Etibarlı
www.yenicag.az