Məşhur şadlıq sarayı kiçilir

media-hightechnic-468x90

Bakıda fəaliyyət göstərən şadlıq sarayının nizamnamə kapitalı azaldılır.

Yenicag.az Ölkə.az-a istinadən xəbər verir ki, “Bakı Nazlı Saray” MMC-nin təsisçiləri kapitalın azaldılması barədə qərar qəbul edib.

Nizamnamə kapitalı 3,501 mln manat olan şirkətin nə qədər azalmaya gedəcəyi açıqlanmayıb.

Qeyd edək ki, “Bakı Nazlı Saray” MMC 21.09.2016 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Cəfərov Natiq Rəhbər oğludur.

Şirkətin kreditorları cəmiyyətə qarşı olan tələblərini Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 90K ünvanına bildirə bilərlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa