Astarada yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.
Qəza rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.
Bakı sakini olan Əlihüseyn Rafail oğlu Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün qəzaya düşən DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadə ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşıdır. /Mətbuat.az/
Allah rəhmət etsin!
www.yenicag.az