Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur yazarı MOSSAD necə öldürdü? - Sensasiyalı iddia

Türkiyənin məşhur araşdırmaçı yazarı Uğur Mumçunun sui-qəsd ölümü ilə bağlı yeni bir iddia ortaya atılıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin “Star” qəzetinin yazarı Əziz Üstel Uğur Mumçunun İsrailin xüsusi xidmət orqanı olan MOSSAD tərəfindən öldürülə bilmə ehtimalını gündəmə gətirib.

Yazarın iddiasına görə, 1958-ci ildə Türkiyədə qərargah quran MOSSAD 1970-1990-cı illərdə bir çox gizli əməliyyat həyata keçirib.

Bütün əməliyyatlar Türkiyə kəşfiyyatı tərəfindən bilinsə də, gizlədilib: “Eləcə də, Uğur Mumçu 6 yanvar 1993-cü il tarixli “MOSSAD-Bərzani” yazısından 17 gün sonra, bombalı hücumla qətlə yetirildi. Sui-qəsdin Hayfa limanından yola çıxan MOSSAD qrupu tərəfindən həyata keçirildiyini təsdiqləyən MİT (Milli Kəşfiyyat Təşkilatı-red.) hesabatı da ört-basdır edildi”.

Üstel Hablemitoğlu və Emeç cinayətlərində də MOSSAD-CIA barmağının olduğuna diqqət çəkib.

www.yenicag.az

160
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100