!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşqçidən Boks Federasiyasına kəskin İTTİHAM: "Etiraz etidiyimə görə məni də “qara siyahı”ya salıblar"

!Reklam – Yazi

“Boks Federasiyasının İdarə Heyətində əsas qərarları verən elə şəxslər var ki, onların boksdan ümumiyyətlə anlayışı yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hazırda boks idman növündə olan natamamlıqlar və dərs keçəməyə ona şərait yaradılmaması haqda danışan boks üzrə məşqçi Ramil Məmmədzadə deyib.

 

Onun sözlərinə görə, boksçularımız hələ indiki mövcud vəziyyətdə belə nəticələr əldə edə bilirlərsə, bu, həqiqətən təqdirlayiqdir:

“Qarşıdan Parisdə qitənin ən böyük yarışı olan olimpiya oyunları gəlir. Azərbaycan bu yarışda ümumi olaraq, 48 idmançı, boks üzrə 5 nəfər ilə təmsil olunacaq. Boksçularımızın yarışa hazır olub-olmadığını yarışda görə biləcəyik. Çünki komandaların daha çox şəxsi hazırlıqları olur. Yəni hazırlıqları qapalı olur. Lakin ümumi olaraq, deyə bilərəm ki, vəziyyət heç də ürəkaçan deyil. Buradakı problem boksçularda deyil. Onlar hələ indiki mövcud vəziyyətdə belə nəticələr əldə edə bilirlərsə, bu həqiqətən təqdirlayiqdir. Ümumiyyətlə, boksda hazırda vəziyyət ürəkaçan deyil. Boks Federasiyasının İdarə Heyətində əsas qərarları verən elə şəxslər var ki, onların boksdan ümumiyyətlə anlayışı yoxdur. Boksdan anlayışı olmayan insanların bu idman növü üzrə boks haqqında necə qərar verməsi də anlaya bilmirəm. Əslində, burada məşqçilər və idmançılarda hər hansı bir problem yoxdur”.

R.Məmmədzadə qeyd edib ki, ölkəmizin insanlarının xüsusiyyətinə görə boksda dünyanın ən öndə gedən ölkələrindən olmalıyıq:

“Hər bölgənin insanların bir xüsusiyyəti, peşəkarı olduğu bir idman növü olur. Ölkəmizin insanlarının xüsusiyyətinə görə boksda dünyanın ən öndə gedən ölkələrindən olmalıyıq. Lakin tam tərsinədir. Azərbaycan xalqı, qəhrəman döyüşkən xalqdır. Bu gün çox təəssüf ki, biz boksda bunu görə bilmirik. Gimnastika, voleybol kimi idman növləri bizə aid olmaya bilər, amma döyüş idman növlərində biz ilkin sıralarda olmalıyıq”.

Məşqçi əlavə edib ki, bu gün idman zalı əvəzinə, Sumqayıt şəhərinin küçələrində tələbələr yetişdirir:

“Mən bu gün idman zalı əvəzinə, Sumqayıt şəhərinin küçələrində tələbələr yetişdirirəm. Heç bir məşqçi istəməz ki, küçədə dərs keçsin. Lakin federasiyadakı bəzi şəxslər mən və mənim kimi bir çox məşqçini öz hikkələrinə qurban verirlər. Dəfələrlə bizə qarşı olan haqsızlıqları onların üzlərinə dediyimə, haqsızlığa susmadığıma görə, bu gün mənə tələbə yetişdirməyimə görə şərait yaradılmır. Lakin başqa məşqçilər müxtəlif səbəblərə görə öz etirazlarını bildirə bilmirlər. Sumqayıtda Boks Federasiyasının böyük və möhtəşəm bir zalı fəaliyyətə başlayıb. O zalda mən məşq keçmək istəsəm də, diplomumun olmamasını bahanə gətirərək, mənə orada şərait yaratmadılar. Orada mən diplomu olmaya-olmaya dərs keçən məşqçilər olduğunu bildirmişəm. Lakin kiminsə adını çəkərək, onun çörəyinə bais olmaq istəmərəm. Bu istiqamətdə təkcə mən etiraz etidiyimə görə məni də “qara siyahı”ya salıblar. Dövlətin tiktirdiyi zalda necə pulla dərs keçmək olar? Biz yalnız kommersiya məqsədli akademiyalarda ödənişlə dərs keçildiyini görmüşük. Lakin sən boksda inkişaf, nəticə əldə olunmasını istəyirsənsə, pulla məşq keçməməlisən. Çünki boksa gələn tələbə kasıb təbəqənin nümayəndəsidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

985
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv