Messidən yeni rekord

media-hightechnic-468x90

82882“Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb.

media-banner_tkm

Məlumata görə, Argentina millisinin üzvü İspaniya La Liqasının XII turunda evdə “Sevilya”nı məğlub etdikləri görüşdə adını tarixə yazdırıb.

Belə ki, Leo Kataloniya klubunun 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edərək, La Liqada ən çox qol vuran futbolçu adını qazanıb. 21, 73 və 78-ci dəqiqələrdə fərqlənən 27 yaşlı oyunçu qollarının sayını 253-ə çatdırıb.

Bununla da Messi 1940-1955-ci illər arasında Bilbao “Atletik”ində forma geyinmiş Telmo Sarranın 251 qolluq (277 oyun) rekordunu qırıb. Lionel İspaniya çempionatında bu topları 289 matçda rəqib qapılarından keçirib.  (apasport.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05