Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Məsuliyyət daşıyan Ermənistandır" - Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı açıqlama

Reklam: Sinerji Pro

“Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə bağlı məsələdə kommunikasiya davam edir”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Avropa məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: “Həm Azərbaycan, həm də qarşı tərəfə. Məlum olduğu kimi bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz onlardır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb”.

A.Bağırov qeyd edib ki, növbəti il məlum məsələ ilə bağlı müsbət nəticələr görünəcək: “Çünki həm dövlətin, həm ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir”.

Emin Səfərov

www.yenicag.az

5748
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM