!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv
Etiketlər

Dilqəm Əsgərov

Dilqəm Əsgərov etiketinə aid xəbərlər.

“Bizim artilleriyanın səsləri yavaş-yavaş yaxınlaşırdı. Onlarda böyük təşviş vardı. Bizi gecə saat 11-də Şuşadan Gorusa apardılar”. “Report” xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən mətbuat konfransında erməni girovluğunda saxlanılmış Dilqəm Əsgərov deyib. O, daha sonra İrəvana aparıldığını bildirib: "Oradakı həbsxanada heç kim yox idi. Orada məni yıxdılar və təpiklədilər, əşyalarımı oğurladılar. Hətta diş pastamı və fırçamı da oğurladılar. Həbxsananın rəisi bizimlə 5 dəqiqə söhbət edib getdi. Mənim olduğum kameranın qapısını qaynaqladılar. Bütün gün qapını çəkiclə döyürdülər. Sonra yenə məni Gorusa apardılar, oradan da Xankəndinə. Daha sonra yenə də İrəvana qaytardılar və hava limanına gətirdilər”.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri tərəfindən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.