“Meta” bir sıra dövlət qurumlarının əməkdaşlarına TƏLİM KEÇDİ – FOTO

media-hightechnic-468x90

“Meta” şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə İctimai Siyasət müdiri Naz Değirmenci və İctimai Tərəfdaşlıq müdiri Burak Karagöl ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) rəhbərliyinin görüşü olub.

Yenicag.az xəbər verir ki, görüş çərçivəsində yeni əməkdaşlıq imkanları, sosial media platformalarının təhlükəsizliyi və platforma üzrə ölkədə baş verən aktual kibertəhdidlərə qarşı mübarizə istiqamətində müzakirələr aparılıb.

Bununla yanaşı, ETX-nin təşkilatçılığı ilə “Meta” nümayəndələri tərəfindən ADA Universitetində bir sıra dövlət qurumlarının əməkdaşlarına təlim təşkil edilib. Təlimin açılışında ETX-nin rəisi Samir Rəsulov sosial media platformalarında təhlükəsizliyin vacibliyini qeyd edərək bu istiqamətdə atılacaq addımların əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, təlimdə Azərbaycanda “Meta” şirkətinin feysbuk, instaqram və vatsap tətbiqləri üzrə istifadəçilərin üzləşdiyi problemlər, məzmun mübadiləsində performansı yaxşılaşdırmaq üçün məsləhətlər, sponsorlu yazıların dərc edilməsi və onun təsirinin ölçülməsi, rəqəmsal təhlükəsizlik və məlumat mühafizəsi ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600