!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mətanət-A” ilə keçmiş direktoru arasında qalmaqal davam edir

!Reklam – Yazi

Azərbaycanın inşaat bazarının əsas oyunçularından olan “Mətanət-A” şirkəti ilə onun keçmiş direktoru Yakup Çimen arasında məhkəmə çəkişməsi davam edir.

Yenicag.az Valyuta.az-a istinadən xəbər verir ki, bu dəfə şirkət Yakup Çimeni məhkəməyə verib.

Birinci instansiya məhkəməsi artıq bitib. Qərar Yakup Çimeni qane etmədiyindən o, apellyasiya şikayəti verib.

Keçmiş direktorun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün deyək ki, bundan əvvəl Yakup Çimen şirkəti məhkəmə verib.

2019-cu ildən 2021-ci ilədək “Mətanət-A” şirkətinin direktoru vəzifəsində işləyən Yakup Çimen işdən çıxdıqdan dərhal sonra məhkəməyə müraciət edib.

Onun iddia tələbi barədə dəqiq məlumat olmasa da, məhkəmə çəkişməsinin kökündə müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsinin dayandığı bildirilir.

Yakup Çimen birinci instansiya məhkəməsini uduzub. Apellyasiya şikayəti verib. Bəzi məlumatlara görə, apellyasiya mərhələsi də Yakup Çimen üçün uğursuzluqla nəticələnib.

Yakup Çimenin hüquqi mübarizəsini davam etdirdiyini görən şirkət də hərəkətə keçməyi qərara alıb və keçmiş direktoru məhkəməyə verib.

“Mətanət-A” şirkətinin sahibi Elxan Bəşirovdur.

COP29

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv