Mətanət SÖZ GÖNDƏRDİ: “Qarşımda yekəbaşlıq edib danışacaqsa, onu...”

media-hightechnic-468x90

“Elə bir adama söz deyərəm ki, onun abrı, tərbiyəsi olar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Rəngarəng” verilişində deyib.

Sənətçi abrı-həyası olmayan adama məsləhət vermədiyini bildirib:

“Elə bir adama söz deyərəm ki, onun abrı, tərbiyəsi olar. Əgər ona bir kəlmə söz deyərəmsə, böyük-kiçik həddini aşıb, səhnə tərbiyəsini gözləməyib mənə söz desə, ona cavabını artıqlaması ilə verərəm. Mənə qarşı səhv edən, cəzalanar. Qabaqkı böyük-kiçik olan vaxtlara qalsaydı, sözümü deyərdim. İndikilər adicə bir baxışla, başına hoppanır. Mən niyə öz şəxsiyyətimi aşağı salım?! Tərbiyədən xəbəri olan, abırlı-həyası olan adama söz demək olar. Uzağı, fikir bildirə bilərəm, öyrətmək yox. Çünki mən hələ özüm öyrənirəm. Nə isə desəm, qalxıb yekəbaşlıq edib nə isə danışacaqsa, onu qəbul edə bilmərəm. Buna nə səbrim var, nə hövsələm. Bəzilərinə fikir bildirmək mənlik deyil”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600