!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətbuat günündə BAYRAMLAŞAN TANINMIŞLAR : “İndi sizin çağınızdır”

!Reklam – Yazi

Azərbaycanda ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi, 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Jurnalistlərin peşə bayramında tanınmışlar təəssüratlarını Yenicag.az-la bölüşüb.

 

Firəngiz Mütəllimova, aktrisa, Xalq artisti:

“Təbrik edirəm əzizlərim. Arzum budur, hər zaman düzü düz, əyrini əyri yazın. Sözünüz hər yedə keçərli və kəsərli olsun. Milli Mətbuat gününüz mübarək olsun”.

Günel Həmidova, aktrisa:

“Daim maraqla izlədiyim əziz “Yeni Çağ” komandası! Sizi 22 iyul Milli Matbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə bol-bol uğur arzulayıram. Əsasını milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qoyduğu təməl ideyalara daim sadiq qalacağınıza inanır və dəstəkləyirəm.

İşinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram. Peşə bayramınız mübarək olsun!”

Əfsanə Qasımova, model:

“Hər dəfə sevə-sevə müsahibə verdiyim “Yeni Çağ” komandasını ürəkdən təbik edirəm. Qələminiz iti, sözünüz kəsərli olsun. Ən maraqlı müsahibələrin, operativ xəbərlərin ünvanı olan “Yeni Çağ” komandası mənə çox doğmadır. Çünki fərqlənməyi, seçilməyi və sevilməyi bacarırsınız. Yazdığınız hər yazı gündəm olur, maraqla izlənilir. Hər zaman öndə olun, liderliyi əldən verməyin. Rəhbərlik başda olmaqla, bütün komandamızı ürəkdən təbrik edirəm. Sizin gözəl bir sloqanınız var, indi bizim çağımızdır. Arzu edirəm, tək indi yox, hər zaman sizin çağınız olsun. Belə də olacağına əminəm”.

Aytəkin Mərdanova, aparıcı:

““Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Bu qəzetin nəşri Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. Dəfələrlə sevə-sevə müsahibə verdiyim “Yeni Çağ” komandası mənə o qədər doğmadır ki… Oxunaqlı, maraqlı yazıları ilə həmişə diqqətimi çəkib.
Uzun bir yol keçən “Yeni Çağ”ın adı bu gün ölkənin aparıcı media qurumları ilə eyni sırada çəkilir, sayılıb-seçilən bir media orqanıdır. “Yeni Çağ” bütün sahələrdə maraqlı müsahibələrin, özəl yazıların, operativ xəbərlərin ünvanıdır. Bütün komandanızın bayramı mübarək”.

Sevinc Ağaşirinova, müğənni:

“Bu gün Milli Mətbuat günüdür, bütün jurnalistlər peşə bayramlarının sevincini yaşayır.

“Yeni Çağ”ın bütün komandasını təbrik edirəm, hər zaman belə oxunaqlı, maraqlı və operativ yazılarınızla gündəmi zəbt etməyə davam edin. Saytınızı sevə-sevə izləyirəm. Xüsusən mədəniyyət sahəsində olan yazılarınızın daimi oxucusuyam. Mənə də yer ayırırsınız, yeniliklərimi paylaşırsınız, uğurlarınız davamlı olsun”.

Cəvahir

COP29

www.yenicag.az

1086
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv