Metro istifadəçilərinə ŞAD XƏBƏR – Metropolitendən AÇIQLAMA

media-hightechnic-468x90

Bakı Metropoliteni sabahdan payız-qış iş rejiminə keçir.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, intervalın da azaldılacağını bildirib:

“Bu rejim qatarların hərəkət intervalının indiki 2,5 dəqiqədən 2 dəqiqəyə qədər azaldılmasını nəzərdə tutub. Onu da qeyd edim ki, bu interval “28 May” və “Həzi Aslanov” sahəsinə şamil olunacaq. Çünki Bakı Metropoliteninin qırmızı və yaşıl xətləri “28 May” stansiyasında birləşir və daha sonra “Həzi Aslanov” stansiyasına qədər birxətli hərəkət təşkil olunur. Bu səbəbdən “28 May”- “İçərişəhər” və “28 May”- “Dərnəgül” istiqamətində hərəkət edən qatarların intervalı avtomatik olaraq iki dəfə artıq, yəni 4 dəqiqəyə bərabər olacaq”.

B.Məmmədovun sözlərinə görə, pik saatlarında hərəkətin intervalı müvafiq olaraq üç dəqiqədən iki dəqiqəyədək azaldılacaq.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa