Metro xətləri ayrılır: Sərnişinlər əlavə pul ödəyəcək? - Rəsmi

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin tam ayrılması prosesinə başlanılıb. Təmir-tikinti zamanı “28 May” stansiyasından “Dərnəgül” istiqamətinə keçid mümkün olmayacaq. Dəyişiklik dövründə “Nizami” stansiyasında ekspress avtobuslar fəaliyyət göstərəcək.

media-banner_tuq

Sərnişinləri maraqlandıran əsas suallardan biri isə bu avtobusların ödənişli və ya ödənişsiz olub-olmayacağıdır. Belə ki, hazırda 50 qəpiyə qət edilən məsafənin alternativ nəqliyyat və metrodan iki dəfə istifadə ilə 1 manat 50 qəpiyə başa gələcəyi ehtimal olunur.

Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bütün suallarla bağlı aidiyyəti qurumlarla intensiv iş aparılır.

“Biz vaxtı qabaqlayıb indidən heç nə deyə bilmərik. 7 ay vaxt var. Zamanı gələndə ən xırda detallarına qədər ictimaiyyət məlumatlandırılacaq”,- o bildirib.

Qeyd edək ki, xətlərin ayrılması prosessinin mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05