Metroda telefon oğruları saxlanıldı

media-hightechnic-468x90

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də metronun “Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xəqani İsmayılov saxlanılıb.

media-banner_tuq

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.

İyulun 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Sirac Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də Keşlə qəsəbəsi ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd, iyulun 21-də M.Ağayev küçəsində “Ravon” markalı avtomobildən pul və mobil telefon, iyulun 22-də paytaxt sakini A.Quliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinənlər – Bakı şəhər sakinləri Yalçın Şirəliyev, Famin Hacıyev və Bərdə rayon sakini Hümmət Əliyev saxlanılıblar.

Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də F.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Məmmədov saxlanılıb.

Araşdırmalar aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05