Bakı metrosu qısa fasilədən sonra qatarlarının fəaliyyətini bərpa edib.
Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün saat 15:48-də “Bakı Metropoliteni”nə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bu səbəbdən qatarların hərəkətində qısa fasilə yaranıb.
Hazırda bütün stansiyalarda işlər öz qaydasında gedir.
***
“Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “İçərişəhər” – “Həzi Aslanov” xətti ilə hərəkət edən qatarda yaranan nasazlığın səbəbinə aydınlıq gətirən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O, qeyd edib ki, hazırda qatarlar “Neftçilər” stansiyasına qədər hərəkət edir:
“Saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb.
3 stansiya istisna olunmaqla (“Xalqlar dostluğu-“Həzi Aslanov” sahəsi), bütün xətlərdə hərəkət artıq bərpa olunub.
Qatarlar “Neftçilər” stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub”.
Gülşən Şərif
***
16:25
İçəri Şəhərdən Həzi Aslanova gedən qatarda nasazlıq yaranıb.
Yenicag.az-a verilən məlumata görə, qatar “Gənclik” stansiyasında dayanıb.
İlkin məlumata görə, qatarın stansiyada qalmasına səbəb elektrik xətlərində gərginliyin verilməsində problemin yaranmasıdır.
Bildirilib ki, problem artıq aradan qaldırılıb, qatarların normal hərəkəti bərpa olunub.