!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meydanda tək qalan ERMƏNİLƏRİN AQİBƏTİ: "Rusların da onlar üçün döyüşməyəcəyini anladılar"

!Reklam – Yazi

“Ermənilər Azərbaycan tərəfinin Laçın dəhlizi üzərində nəzarət etmək hüququ olduğunu və bunu da edəcəyini anladı”.

Bu sözləri erməni separatçılarının Qarabağdakı mədənlərdə fəaliyyətinin dayandırılması, Azərbaycan tərəfinin tələbləri və gözlənilən nəticələri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, ermənilər də rusların onlar üçün döyüşməyəcəyini anladı:

“Bu böhranın səbəbi kimi mədənlərin fəaliyyəti nəticəsində təbiətə ziyan dəyməsi məsələsi göstərildi. Lakin bunun siyasi tərcüməsi o idi ki, ora Azərbaycan ərazisidir, dövlətinə və xalqına məxsusdur. Bunu ermənilər də anlayırdı ki, heç kim orada Azərbaycan dövlətinin icazəsi olmadan iş apara bilməz.

Lakin ermənilər açıq-aşkar Azərbaycanın öz suverenliyinin bərpa cəhdinə qarşı çıxırdı. Azərbaycan tərəfi də ekoloji fəallar fəndi ilə yolu bağladı. Axırda ermənilər də gördü ki, nə Rusiya kömək edir, nə BMT Təhlükəsizlik Şurası qərar çıxarır, nə də Fransa Senatının çağırışına məhəl qoyan var. Onlar başa düşdü ki, çıxış yolu yoxdur.

Elan etdilər ki, Araikin hökuməti dünya şöhrətli ekoloji təşkilatlara gəlib mədənlərdə təftiş aparmaları, aparılan işlərin təbiətə ziyan vurub-vurmaması ilə bağlı qərar vermələri ilə bağlı müraciət edib. O vaxta qədər də mədənlərin istismarını müvəqqəti saxladılar. Müvəqqəti saxlamaq o deməkdir ki, nə BMT, nə dünyanın məhur ekoloji təşkilatları addım atacaq, çünki onları heç kim tanımır. Bu da o nəticəyə gəlir ki, Azərbaycan hökumətinin icazəsi olsa, açılacaq.

Rus sülhməramlıları onlara bildirdi ki, sizin təhlükəsizliyinizi qoruyuruq, ancaq müəyyən çərçivə daxilində. Onları gəlib Azərbaycan tərəfi ilə görüşüb danışmağa qoymadılar.

Hesab edək ki, Azərbaycanın eko fəallarının aksiyası ilə iki nəticə əldə edilib. Dünya da, erməni tərəfi də öyrəşdi ki, Azərbaycan tərəfinin Laçın dəhlizi üzərində nəzarət etmək hüququ var və bunu edəcək. Digəri isə Azərbaycan tərəfinin Qarabağ ərazisində suveren hüququ olmasıdır və nəticədə mədənlərin istismarı dayandı.

Ermənilər bir daha anladılar ki, Rusiya gəlib onlar üçün Azərbaycanla vuruşan deyil. Başa düşdülər ki, ümid özlərinə qalır . Ümid də ondan ibarətdir ki, ağıllarını başlarına yığsınlar, Azərbaycan tərəfi ilə dil tapsınlar, müqavilə imzalansın və müharibə təhlükəsi qurtarsın”.

Səxavət Məmməd

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv