“Marketdən bir litr süd alıb, nəvəm üçün sıyıq bişirməyə pulum olmur. Anamın pensiya kartını girov qoyub, əldən sələmlə pul götürmüşəm”.
Bunu Yenicag.az-a açıqlamasında sənətçi Samirə Yusifqızı deyib.
Pandemiya ilə əlaqədar toylara getməyən Samirə aylardır ki, maddi durumunun ağır olduğunu bildirib:
“Beş banka kredit borcum var. Gedib həmin banklarda qrafik açdırmışam, borc qalıb yerində, ancaq aya 300 manat faizləri ödəyirəm. Gözümüzü anamın pensiya kartına dikmişdik, onu da girov qoyub, əldən sələmlə pul götürmüşəm.
Marketdən bir litr süd alıb, nəvəm üçün sıyıq bişirməyə pulum olmur.
İşləyən adam bilir ki, heç olmasa, ayın axırı maaşını alıb yeməyinə verəcək. Gəlirim yalnız toydan idi, toylar da bilinmir haçan olacaq. Külfətik, işləmirəm, oğlum, qızım da işləmir, heç yerdən bir qəpik gəlmir, o verilən 190 manat da bizə düşmədi. Nə gizlədim, çox ağır durumdayam. Az qalıram havalanım. Yaxşı dostların canı sağ olsun, arada bir az ərzaq alıb göndərirlər, o da nə vaxta qədər olacaq? Vəziyyətim çox ağırdır”.
Cəvahir
www.yenicag.az