!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məzarını mamır basan Cek London və babasının qəbrini mərmərləyən azərbaycanlı – Cəvahir Nehru yazır

!Reklam – Yazi

Köhnə taxta çəpərlə əhatəyə alınmış, sadə, üstünü mamır basmış sinə daşı… Bu məzar daşına baxanda ilk baxışda adama elə gəlir ki, nə vaxtsa ömrünü sona yetirən hansısa kimsəsiz, sadə, kasıb bir insanın dəfn olunduğu sıradan bir qəbirdir. Amma bu kimsəsiz təəssüratı yaradan sadə məzarda uyuyan heç də sıradan, yiyəsiz biri deyil. Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, əsərləri ən çox oxunan və tərcümə olunan amerikalı məşhur yazıçı Cek Londonun məzarıdır.

1916-cı il noyabr ayının 22-də dünyasını dəyişən və Kaliforniyanın Qlen-Ellen şəhərciyində torpağa tapşırılan yazıçının məzarı dəfnindən yüz səkkiz il keçməsinə baxmayaraq, necə varsa, elə də qalıb. Daha doğrusu, gələcək nəsillər üçün elə bu cür də qorunub saxlanılıb.

Məni heyrətə salan Cek London deyil, çünki bu məşhur yazar hələ orta məktəbdə oxuduğum zamanlarda onun əsərləri məndə kifayət qədər sonsuz heyranlıq doğura bilmişdi. Məni heyrətləndirən, həm də təəccübləndirən dünyaca məşhur yazıçının sadədən sadə olan məzarı idi.

Gözüm önünə öz dahilərimizin, sənətkarlarımızın məzar daşları gəldi. Qara, qorxunc mərmərdən hazırlanan, az qala ləl-cəvahiratla bəzədilən bu məzar daşları ilə Cek Londonun sadə sinə və məzar daşını müqayisə etməyə çalışdım. Amma beynim “error” verməyə başladı. Axı kimə və nəyə lazımdır bu qədər təmtəraq? Onsuz da dahilərin bu dünyaya bəxş etdikləri elə bu dünyada qalır və əbədiyyət qazanır. Onların təmtərağa nə ehtiyacları var.

Əksinə, o məzar əvvəlki, ilkin görkəmini saxlasaydı, daha maraqlı və daha diqqətçəkən olardı. Axı dahilik həm də sadəlikdən başlanıb. Niyə qədimiliyə bayağı bir müasirlik qatıb, onun ilkin gözəlliyinə xələl gətirməliyik? Baxın, Cek Londonun sadə və qədimdən də qədim məzarı necə möhtəşəmdir. Onun dünyaya bəxş etdiyi məşhur “Martin İden”, “Dəniz canavarı”, “Həyat eşqi” və digər şah əsərləri kimi… Onun məzarı təmtəraqlı olsaydı, heç bu qədər maraq da doğurmazdı.

…Yeri gəlmişkən, uzaq Amerikadan Cek Londonun məzarını ziyarət edib, o görüntüləri çəkərək, bizimlə paylaşdığı üçün tanınmış dramaturq Firuz Mustafaya da xüsusi təşəkkür düşür.

COP29

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv