!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məzuniyyət bəhanəsi ilə Dubaya uçan rusiyalı pilot ABŞ-a TƏSLİM OLDU

!Reklam – Yazi

Rusiya Milli Qvardiyasının pilotu “Qavr” ləqəbli Qavriçenko məzuniyyət üçün BƏƏ-yə uçaraq ABŞ səfirliyinə təslim olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Spy Dossier” telegram kanalı məlumat yayıb.

Rusiya Ordusunun üzvləri, xüsusən də hərbi pilotlar Rusiyadan qaçmaqda davam edir. Rusiya Qvardiyasının Qavriçenko adlı aviasiya eskadrilyasının pilotu ailəsi ilə birlikdə Dubaya istirahətə yollanıb.

BƏƏ-də o, birbaşa Amerika səfirliyinə gedib və orada Ukraynaya qarşı döyüşmək istəmədiyini, Amerika kəşfiyyat xidmətləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

FTX Qavriçenkonun qaçmasının təfərrüatları ilə bağlı aktiv araşdırmalara başlayıb.

Məlumata görə, oktyabrın 1-də rusiyalı pilot, Rusiya Qvardiyası aviasiya eskadronunun baş leytenantı Qavriçenkonun qaçması ilə bağlı yeni təfərrüatlar məlum olub. Qaçmaq üçün o, məzuniyyətindən istifadə edib və bunun üçün ailəsi ilə birlikdə Dubaya uçub.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv