!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MH370 reysi ilə uçan təyyarənin itməsi ilə əlaqədar komissiya yaradılır - Qərar

!Reklam – Yazi

Malayziya hökuməti dörd il bundan əvvəl Kuala Lumpurdan Pekinə MH370 reysi ilə uçan təyyarənin itməsi ilə əlaqədar aviadispetçerlərin cəzalandırılması üçün daxili komissiyanın yaradılması barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Straits Times” nəşri Malayziya Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.

Bununla əlaqədar nazirin sözlərini sitat gətirən qəzet yazır: “MH370 reysi ilə bağlı hesabatda bildirilir ki, hadisə zamanı standart iş prosedurlarının pozulmasına yol verilib və buna görə də müvafiq qərar qəbul edilməlidir. Məsələni mürəkkəbləşdirən məqam isə ondan ibarətdir ki, həmin vaxt Mülki Aviasiya Departamentinin (MAD) tabeliyində olan aviadispetçerlər hazırda Malayziya Mülki Aviasiya İdarəsinin (MMAİ) tabeliyindədirlər”. Nazir əlavə edib ki, hökumət daxili komissiyanın qərarını gözləyəcək.

Nəşr əlavə olaraq bildirir ki, 2014-cü ildə MAD-ın baş direktoru olan Azharuddin Abd Rahman hazırda MMAİ-nin sədridir və o öz vəzifəsindən istefa verdiyini bəyan edib.

Xatırladaq ki, MH370 reysi ilə uçan təyyarənin itməsini araşdıran Malayziya dövlət komissiyasının iyulun 30-da dərc etdiyi hesabatda təyyarənin itməsi səbəblərinin tam aydın olmadığı bildirilir. Eyni zamanda, təyyarənin əsas hissəsinin parçalarının yerləşdiyi ərazi də tapılmayıb.

Hesabatda komissiyanın rəyinə görə, Vyetnamın və Malayziyanın yerdəki uçuşa nəzarət orqanları təyyarə ilə əlaqənin saxlanması zamanı bir sıra səhvlərə yol veriblər. Məhz bu səhvlər gözlənilmədən marşrutdan yayınaraq, Hind okeanına istiqamət götürən təyyarəni sonadək izləməyə imkan verməyib./Azertac/

www.yenicag.az

1611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv