!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikayıl Cabbarov Sabirabadda-Foto

!Reklam – Yazi

Mikkia allfgəılMayın 29-da Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayon təhsil ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.

Qonaqlar əvvəlcə məktəbin yaxınlığında, Sabirabad şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib.

Azərbaycanda təhsilin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Mikayıl Cabbarov bu baxımdan həyata keçirilən işlər barədə danışıb.

Nazir məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq, ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib.
Bu məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmüş III sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd edib.

Çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edən nazir onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıb.

Qeyd edək ki, Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsi ilə 1979-cu ildə inşa olunaraq istifadəyə verilib. Təhsil müəssisələrinin hər birinə diqqətlə yanaşan ümumilli lider 1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı kollektivə təbrik məktubu göndərib.
Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olunub. Müasir tədris inventarları və avadanlıqları ilə təchiz olunmuş məktəb kurikulum hazırlıqları üzrə resurs mərkəzidir.

Məktəbin iki məzunu Azərbaycan Respublukası Prezidentinin təqaüdünə layiq görülüb. 2015-ci ilin aprel ayında keçirilən Respublika Fənn Olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın gümüş mükafatçısı olub. Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının ”Qizil kitab”ına yazılıb və o, ölkə Prezidentinin xüsusi aylıq təqaüdinə layiq görülüb.

Sonra təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşüb, onlara başsağlığı verib.

www.yenicag.az

1396
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv