Cənubi Afrika Respublikasında naməlum şəxslər mikroavtobusa hücum ediblər.
Yenicag.az xəbər verir ki, hücum nəticəsində 11 nəfər həlak olub.
Bildirilir ki, mikroavtobusun sərnişinləri Taksiçilər Assosiasiyasının üzvləri olublar. Onlar Kvazulu-Natal vilayətindən Yohannesburqa həmkarlarının dəfnində iştirak etməyə gedirlərmiş.
Polisin verdiyi məlumata görə, onlara kolların arxasinda gizlənən silahlılar qəflətən hücum ediblər.