!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli"nin adamları "qanuni oğru"dan qisas aldı - "Range Rover" qumbaratanla vuruldu

!Reklam – Yazi

Abxaziyada “qanuni oğru” Raul Bartsbanın “Range Rover” markalı avtomobili atəşə tutulub.

Yenicag.az xəbər verir ki, insident avqustun 27-də axşam saatlarında baş verib.

Hadisə yerindən bir qədər aralıda qumbaraatan aşkarlanıb. Onun “Pıza” ləqəbli Raula qarşı silahlı basqında istifadə olunduğu sübuta yetirilib.

52 yaşlı “Pıza” Abxaziyanın əsas “qanuni oğru”su olmağa iddialıdı. Son zamanlarda aktivləşən Bartsbanın xüsusilə gürcüstanlı “oğru”larla yaxınlıq etdiyi bildirilir.

Pızanın əsas düşmənlərindən biri isə azərbaycanlı “qanuni uğru” Nadir Səlifovdur (Lotu Quli). Avqustun 24-də “Pıza” ilə “Lotu Quli”nin tərəfdarları arasında məhz Abxaziyada silahlı qarşıdurma yaranmış, insident nəticəsində Səlifovun adamlarından kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov, eləcə də abxaz Nika Qaqrinski güllələnmişdi. Nəticədə “Lotu Quli”nin hər iki tərəfdarı ağır yaralanmışdı. Onların məhz “Pıza” tərəfindən güllələndiyi bildirilir.

COP29

www.yenicag.az

10005
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv