Mikroavtobusla minik maşını toqquşub: Yaralılar var - YENİLƏNİB

media-hightechnic-468x90

Bu gün saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

media-banner_tuq

Bu barədə Yenicag.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

***

Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

***

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Goranboy-Borsunlu yolunda qeydə alınıb. Hərəktədə olan Ford markalı mikroavtobusla Ford markalı minik avtomobilli toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./APA/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05