!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilləri arasında qarşıdurma: Oqtay Əsədov müdaxilə etdi

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar arasında “söz atışması” olub.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Qüdrət Həsənquliyev ilə Araz Əlizadə bir-birilərini hədəfə alıblar.

Parlamentin bugünkü iclasında çıxış edən deputat Qüdrət Həsənquliyevin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında fikirləri həmkarı Araz Əlizadənin etirazına səbəb olub. Əlizadə həmin fikirləri tənqid edərək, o cür yanaşmanın “cəmiyyətdə ruh düşkünlüyü yaratdığını” deyib.

Daha sonra söz alan Həsənquliyev Əlizadənin bu iradına cavab verib:
“Əlizadənin kim olduğunu hamı bilir. Onu narahat edən mənim Qarabağ münaqişəsini Rusiyanın yaratdığını deməyimdir. Biz bu mövqeyimizi hər zaman bildirmişik və bildirəcəyik”.

İnsidentə müdaxilə edən spiker Oqtay Əsədov millət vəkillərini bir-birilərinin sözlərinə dözümlü yanaşmağa çağırıb.

www.yenicag.az

4289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv