Bu gün UEFA Millətlər Liqasında V turun oyunlarına start veriləcək.
Yenicag.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 görüş keçiriləcək.
Gecənin ən maraqla gözlənilən matçı A Liqasında Belçika və İtaliya yığmaları arasında olacaq. Eyni qrupun digər görüşündə isə Fransa doğma meydanda İsraili qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
A Liqası
II qrup
23:45. Belçika – İtaliya
23:45. Fransa – İsrail
B Liqası
II qrup
23:45. İrlandiya – Finlandiya
23:45. Yunanıstan – İngiltərə
III qrup
19:00. Qazaxıstan – Avstriya
23:45. Sloveniya – Norveç
C Liqası
IV qrup
21:00. Ermənistan – Farer adaları
23:45. Şimali Makedoniya – Latviya
Qeyd edək ki, Millətlər Liqasında V tura noyabrın 16-da yekun vurulacaq.
www.yenicag.az