Milli Məclisdə şagird sıxlığı müşahidə olunan məktəblərlə bağlı məsələ qaldırıldı

media-hightechnic-468x90

Milli Məclisin deputatı Tahir Kərimli şagird sıxlığı müşahidə olunan məktəblər üçün əlavə korpusların tikilməsini təklif edib.

Yenicag.az xəbər verir ki, deputat çıxışında bildirib ki, seçildiyi ərazidə fəaliyyət göstərən məktəblərdəki siniflərdə 40-42 şagird təhsil alır.

“Hesab edirəm ki, həmkarlarımın seçildiyi dairələrdə də vəziyyət eynidir. Bu barədə düşünmək lazımdır. Mövcud problemi yoluna qoymaq mütləqdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə müracət edilsin. Müvafiq dövlət proqramı tutulsun, məktəblərdə əlavə korpuslar tikilsin və beləliklə şagird sıxlığı aradan qaldırılsın”, – T.Kərimli əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa