Milli Məclisdə yanğında ölənlərin xatirəsi anıldı

media-hightechnic-468x90

milli meclis esas edcfgbh7Milli Məclisin bugünkü iclasında Binəqədi rayonu ərazisində hündürmərtəbəli binanın yanmasından söz açılıb.

Milli Məclis sədri Oqtay Əsədov bu barədə danışıb. O, xatırladıb ki, 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı Dövlət Komissiyası yaradılıb: “Prezident də hadisəni nəzarətə götürdü. Dövlət Komissiyası isə yüksək səviyyədə çalışır ki, problemlər aradan qaldırılsın. Cənab prezident bir də belə hadisələrin olmaması üçün lazımi tapşırıqlarını verib”.

Sonra yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600