Milli Məclisdə yeni qanun layihəsi müzakirə ediləcək

media-hightechnic-468x90

14255785252245713811_750x500Martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Yenicag.az Azərtac-a istinadən bildirir ki, iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinləniləcək.

Deputatlar “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələyə baxacaqlar.

“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə ediləcək.

İclasda Su, Torpaq, Cinayət, İnzibati Xətalar məcəllələrində, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, ”Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dərman vasitələri haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinə baxacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600