Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclisdə Zatulin müzakirələri: "Volodinə artıq məktub yazmışam" - Oqtay Əsədov

Reklam: Sinerji Pro

Milli Məclisin bu gün keçirilən plenar iclasında Rusiyanın siyasi fiqurlarının Azərbaycan əleyhinə fəaliyyətinə kəskin reaksiya verilib.

Yenicag.az xəbər verir ki, plenar iclasda çıxış üçün ilk söz alan Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov diqqəti Rusiyanın bəzi siyasi şəxslərinin Azərbaycan əleyhinə fəaliyyətinə yönəldib.

Əli Hüseynovun sözlərinə görə, Rusiya Dumasının deputatı Konstantin Zatulinin Azərbaycan əleyhinə verdiyi bəyanatlara lazımi mövqe bildirilməlidir:

“Aydın məsələdir ki, Zatulinin mövqeyi Azərbaycan əleyhinə yönəlib. Onun bu mövqeyinin bir neçə dəfə təkrarlanması səbəb yaradır ki, bu çıxışlarına lazımı cavab verilsin”.

Əli Hüseynov Oqtay Əsədova müraciət edərək təklif edib ki, bütün bu hallarla bağlı Rusiya Dövlət Dumasının sədrinə Azərbaycanın narazılığı ifadə olunsun.

Əli Hüseynovun bu təklifinə reaksiya verən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Konstantin Zatulin erməni lobbisinin dəstəyi ilə seçilib və onun bütün fəaliyyəti Azərbaycan əleyhinə yönəlib:

“Mən artıq bununla bağlı Rusiya Dumasının sədri Volodinə məktub yazmışam. Bu məsələlərə öz münasibətimi bildirmişəm”.

www.yenicag.az

1888
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100