Milli Məclisin növbəti iclasında bu məsələlər müzakirə olunacaq

media-hightechnic-468x90

Milli Məclisin növbəti plenar iclası fevralın 27-də keçiriləcək.

media-banner_tuq

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, iclasın gündəliyinə aşağıdakı 9 məsələ daxil edilib:

1. “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

2. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

3. Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

6. “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

7. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

9. “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05