Milli Məclisin Mədəniyyət komitəsinin sabiq sədri Rauf İsmayılov vəfat edib.
Yenciag.az-ın xəbərinə görə, sabiq deputat dünən dünyasını dəyişib.
Bu gün Təzəpir məscidində keçirilən vida mərasimindən sonra R. İsmayılov torpağa tapşırılıb. Sabah “Təzəpir” məscidində mərhumun 3 mərasimi keçiriləcək.
Qeyd edək ki, R. İsmayılov 1990-1995-ci illərdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan sabiq deputat uzun illər Azərbaycan Texniki Universitetində Xarici dillər kafedrasına rəhbərlik edib./APA/