“Heydər Əliyev İli” çərçivəsində Adalia Media Agentliyi Milli Mətbuat Gününə həsr olunan “Sahibkarlıqda Media ” adlı tədbir təşkil edib. Tədbirdə rəsmilər, sahibkarlar, QHT rəhbərləri, ictimai xadimlər, media nümayəndələri birlikdə yer alıb. Tədbirin keçirilməsində əsas məqsəd medianın sahibkarlıqda nə qədər vacib olduğunu vurğulamaq, eyni zamanda yerli və beynəlxalq sahibkarlar arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək olmaqdan ibarət olub.
Tədbirə giriş sözü ilə aparıcı Xanlar Mehdiyev açılış edib. Adalia Media Agentliyi təsisçi direktoru Dilşad Əhədova çıxış edərək qonaqları salamlayıb. Agentliyin xidmətləri ilə qonaqları tanış edib, Adalia Business Club təqdimatını elan edib.
Tədbirdə çıxış edən qonaqlar – millət vəkili Razi Nurulluyev, Fransa- Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Azərbaycan – Anqola Dostluq Evinin rəhbəri Billurə Bayramova Bernard, əməkdar jurnalist Mətanət Ağamirli, “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri Nailə İsmayılova, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Vəkillər Kollegiyasının üzvü Vüqar Cavadov, Yeni Çağ Media Agentliyinin rəhbəri Aqil Ələsgər, Azxeber İnformasiya portalının rəhbəri Hacibəy Heydərli, Doğru Az İnformasiya saytının rəhbəri İlqam Cəbiyev , BSC şirkətinin rəhbərliyi Zaur Mütəllimov, Adelina Cosmetics rəhbəri Günel Bayramova, Vitraj rəssam Gülçin Aslanlı medianın sahibkarlıqda və həyata keçirilən bütün layihələrdə önəmini vurğulayıb, Adalia Agentliyinə fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi hissə bitdikdən sonra tədbir intellektual oyunlar və şou proqramla davam edib.
Qalib olan qonaqlara Adelina Cosmetics, Gülçin Aslanlı və Chocolate Love İs bredindən hədiyyələr təqdim olunub.
Sonda xatirə fotoları çəkilib.
Adalia Media Agentliyinin fəaliyyət istiqamətində aşağıdakı xidmətlər yer alır
www.yenicag.az