Milli Onkologiya Mərkəzinin mühafizəsinə yarım milyondan çox vəsait ayrıldı – TENDER
Yarım milyondan çox vəsait Milli Onkologiya Mərkəzinin mühafizəsinə xərclənəcək
Yenicag.az dövlət satınalmaları portalında dərc olunan məlumata istinadən xəbər verir ki, tibb müəssisəsi korpuslarının qorunması üçün 583 min 710 manat məbləğində tender elan edib.
Satınalma sənədlərinə əsasən, xidmət H.Zərdabi küçəsi 79 “B” ünvanında yerləşən mərkəzin korpuslarını əhatə edir. Ümumilikdə 13 xarici (24 saatlıq) və 19 daxili mühafizə postu nəzərdə tutulur. İllik xidmət çərçivəsində təhlükəsizlik 43 nəfərlik heyət tərəfindən təmin ediləcək.
92121500 kodu ilə “Mühafizə xidmətləri” kateqoriyasına daxil olan tender səhiyyə müəssisəsinin təhlükəsizlik xərcləri üçün yarım milyondan artıq vəsait ayırdığını göstərir. Zərflərin açılışı da 10 mart 2026-cı il tarixində həyata keçiriləcək.
Nəsimi Ələsgərli













