Milli üzvü rəsmən “Bavariya”da

“Bavariya” növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, söhbət “Şalke”nin yarımmüdafiəçisi Leon Qoretskadan gedir.

Almaniya millisinin üzvüylə 2022-ci ilə qədər sözləşmə imzalanıb. “Şalke” ilə müqaviləsi mövsümün sonunda bitəcək 22 yaşlı futbolçu iyulun 1-dən etibarən Münhen təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, Leon Qoretska 2013-cü ildən “Şalke”nin formasını geyinir.

COP29