Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı keçirilib.
Yenicag.az, “Şalke” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Matç qonaq komandanın 2:3 hesabı ilə xeyrinə başa çatıb.
Hesabı Aquero 18-ci dəqiqədə açıb. Daha sonra “Şalke”nin futbolçusu Bentaleb ardarda iki penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb. Lakin Sane 85-ci dəqiqədə cərimə zərbəsindən hesabı bərabərləşdirə bilib. 90-cı dəqiqədə isə R.Sterlinq “Mançester Siti”nin üçüncü qolunu vuraraq komandasına çətin qələbə qazandırıb.
Cavab matçı 12 martda keçiriləcək./Trend/
www.yenicag.az