Almaniya millisinin baş məşqçisi Yoahim Löv “Bavariya”nın futbolçuları Mats Hummels, Tomas Müller və Jerom Boatenqi bundan sonra yığmaya çağırmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib. O, bu qərarının verməsinin səbəbini belə izah edib:
“2019 Almaniya millisi üçün yeni başlanğıc ili olacaq. Ötən ilin sonundan başlatdığımız köklü dəyişikliklərə davam edəcəyik. Hummels, Müller və Boatenq millidə yer almayacaqlar. Mənim üçün bu qərarı oyunçulara və “Bavariya” rəhbərliyinə izah etmək vacib idi. Artıq gələcəyin millisini qurmaq fikrimiz var.Biz komandaya yeni imic gətirmək istəyirik. Əminəm ki, bu, düzgün addımdır”./qol.az/
www.yenicag.az