Millimiz Andorra ilə yoxlama matçı keçirəcək

media-hightechnic-468x90

2Adun6vKYenicag apa-ya istinadən bildirir ki21 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Patrisiya Qonzales fevralın 13-dən 20-nə qədər İspaniyanın Tarraqona şəhərində təşkil ediləcək təlim-məşq toplanışına 22 futbolçu çağırılıb.

O, Aytac Şərifova, Nərmin Rəhmanova, Kamilla Məmmədova, Jalə Məhsimova, Sevinc Babayeva, Aysun Əliyeva, Roza Quliyeva, Nigar Cəlilli, Aliyə Vəliyeva, Süsən Mənsimova (hamısı “Təhsil”), Sevinc Cəfərzadə, Nərgiz Hacıyeva, Manə Mollayeva, Suqra Xəlilova (hamısı “Zaqatala”), Əminə Heydərova, Günay İsmayılova (hər ikisi “Fidan”), Güləmbər Qasımova, Olya Şioşvili (hər ikisi UGİM Qax), Jalə Məmmədova (“Binə” FK), Ləman Bağırova (“Sumqayıt”), Maya Danqadze və Şəfəq Nəsirovanı (hər ikisi “Kanillas”, Madrid, İspaniya) sınaqdan keçirəcək.

Hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 19-da Andorranın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600