Millimiz Avropa çempionatının final mərhələsində

media-hightechnic-468x90

Basketbolun 3×3 növü üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, yığmamız Kiprin Limassol şəhərində keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 15:13 hesabı ilə üstələyən kollektivimiz adını finala yazdırıb.

Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb. Basketbolçularımız həlledici oyunda da meydançadan 20:16 hesabı ilə qalib ayrılıb.

Beləliklə, yığma komandamız 9-11 sentyabr tarixlərində Avstryanın Qras şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib. Komandamız ilk dəfə 2014-cü ildə AÇ-nin iştirakçısı olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05