Millimiz Ermənistanı darmadağın edib

media-hightechnic-468x90

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.

Yenicag.az xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar Ermənistanla üz-üzə gəliblər. Cəbəllütariqdə oynanılan görüş komandamızın 86:59 hesablı qələbəsi ilə yekunlaşıb.

Evren Alkayanın rəhbərlik etdiyi kollektiv növbəti oyununu iyulun 10-da Gürcüstan seçməsinə qarşı keçirəcək.

Oğlanlardan ibarət komanda isə bu gün A qrupunda yarışa ev sahibliyi edən Albaniya seçməsi ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05