Azərbaycan milli komandasının Bakıda başlanan hazırlıq prosesinə daha 4 futbolçu dəvət edilib.
Yenicag.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, onlardan “Sabah”ın kapitanı Bəhlul Mustafazadə Türkiyə, Belarus və Moldova yığmaları ilə nəzərdə tutulan yoldaşlıq görüşlərində iştirak üçün nəzərdə tutulub. Beləliklə, dəvətli oyunçuların sayı 30-a çatıb.
Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) millinin mayın 24-dək Bakıdakı məşqlərində iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə qarşılaşacaq.
www.yenicag.az