!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Milyonum olsa, villa alardım, bir də…” - Aytəkin pullarını ən çox NƏYƏ XƏRCLƏYİR?

!Reklam – Yazi

“Milyonum olsa, özümə villa alardım, bir də səyahətə çıxıb Yer kürəsini qarış-qarış gəzərdim. Çünki səyahət etməyi çox sevirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Aytəkin Mərdanova “milyonun olsa, nəyə xərcləyərdin” sualını cavablandırarkən deyib.

O, bədxərc olmadığını, əlinə düşən pulu qızıla xərclədiyini də gizlətməyib:

“Bədxərc deyiləm, amma pulu ən çox qızıla, zinət əşyalarına xərcləyirəm. Daha çox nağd ödənişi sevirəm, necə deyərlər, soğan olsun, nağd olsun. Çünki xaraktercə narahat insanam, nəyisə kreditə götürəndə fikrim yalnız o pulu necə qaytarmaqda qalır. Amma məcburiyyətdən kreditlərim də olub. Məsələn, avtomobilimi kreditlə almışam”.

Aparıcı “Pul kisəsində ruzinin artması üçün hansısa əşyalardan, talismandan istifadə edirsənmi” sualını da cavablandırıb:

“Yox, istifadə etmirəm, çünki buna 100 faiz əminəm ki, ruzini verən Allahdır. Ruzi nə vaxt, haradan gələr, bunu yalnız Allah bilir. Allah istəsə, ruzini verər, istəməsə, verməz. Ruzimi yalnız Allahdan istəmişəm. Bir də pulun çox olması önəmli deyil, əsas olan pulun bərəkətli olmasıdır. Allahdan həmişə bərəkətli ruzi istəyirəm”.

Cəvahir

COP29

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv