Mingəçevirdə əhali ayağa qalxdı – FOTO, VİDEO
2 gün bundan öncə Mingəçevir polis idarəsində intihar etdiyi bildirilən 27 yaşlı Bəhruz Hacıyev dəfn olunub.
Yenicag.az 7News.Az-a istinadən xəbər verir ki, Bəhruzun valideynləri isə övladlarının intahar etmədiyini, polis idarəsində işgəncə ilə öldürüldüyünü iddia edirlər.
Bu səbəblə, valideylər, hüquq-mühafizə orqanlarından oğlanlarının qatillərini tapmağı tələb edir.
Qeyd edək ki, mərhumun cəsədinə nəzər yetirildikdə, onun bədənində “dubinka” və “elektroşok” izləri olub.
27 yaşlı Bəhruzun dəfn mərasiminin ardından, onun yaxınları etriaz aksiyası keçirmək istəyirlər. Mərhumun atası mane olmaq istəsə də, onlar aksiyaya israr edirlər
Həmin andan görüntüləri təqdim edirik. Qısa zaman ərzində video görüntünü də əlavə edəcəyik.