Mingəçevirdə toyda düşən kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.
Yenicag.az xəbər verir ki, hadisə “Sevgi” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Mübahisə bir qrup arasında kütləvi dava ilə nəticələnib və 1991-ci il təvəllüdlü Məmmədov Röyal Məcnun oğlu kürək nahiyəsindən bıçaqlanıb.
Daha bir neçə nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./APA/