Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mingəçevirdə yenidən yanğın başladı - Əhali təşviş içində - VİDEO/YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən Yenicag.az-a verilən xəbərdə bildirilir ki, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Mingəçevir şəhərindəki “Azərbaycan” İES-də baş verən yanğının qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, yanğın hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları və polislər tərəfindən söndürülüb.

***

Mingəçevir şəhərindəki “Azərbaycan” İES-də yenidən qəza baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, İES-in daha bir blokunda yanğın başlayıb.

Sakinlər saytımıza bildirib ki, əhali təşviş içərisindədir:

“Yenidən eyni halın təkrarlanmasından qorxuruq. Lakin hələ Mingəçevirdə işıqlar sönməyib”.

Hadisə yerindən fotonu təqdim edirik.

Qeyd edək ki, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı əməkdaşımıza bu barədə məlumatı olmadığını bildirib.

Cəvahir

 

 

www.yenicag.az

3582
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS