Minik maşını motosikletlə toqquşdu
Zaqatala rayonunda minik maşınının motosikletlə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə sentyabrın 3-ü gecə saat 23:30 radələrində rayonun Danaçı kəndi ərazisində baş verib.
Rayonun Danaçı kənd sakini, 1977-ci il təvəllüdlü Osman Abdurəhman oğlu Quziyevin idarə etdiyi motosikletlə 1954-cü il təvəllüdlü, Danaçı kənd sakini Abdulkərim Ömər oğlu Həsənovun idarə etdiyi “VAZ 2106” markalı minik maşını toqquşub.
Baş vermiş qəza nəticəsində motosikletin sürücüsü Osman Quziyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Zaqatala RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Osman Quziyevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.